AZ

Biləcəridə oyun çıxaran sürücü hamıya təhlükə yaratdı VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Biləcəri qəsəbəsində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 24-də, Asəf Zeynallı küçəsində qeydə alınıb. Belə ki, 44-CK-338 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü yüksək sürətlə əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. Bu zaman o, həm qarşıdan gələn, həm də görüntünü qeydə alan avtomobilə təhlükəli anlar yaşadıb.

Daha sonra sürücü dəfələrlə sağa-sola sərt manevrlər edərək şou göstərməyə başlayıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr