AZ

Formula 1: Turnir cədvəlinin lideri dəyişdi

BAKI, 27 oktyabr. TELEQRAF

Meksika Qran-Prisindən sonra Formula 1-in turnir cədvəlinin lideri dəyişib.

Teleqraf xəbər verir ki, “Rodriqes qardaşları” halqasında keçirilən yürüşün qalibi olan “Maklaren”in pilotu Lando Norris birinci pilləyə yüksəlib. O, komanda yoldaşı Oskar Piastrini cəmi bir xal qabaqlayır.

"Red Bull"un sürücüsü Maks Ferstappen ümumi sıralamada üçüncüdür. O, yeni lider Norrisdən 36 xal geridə qalır.

Qeyd edək ki, növbəti yarış noyabrın 7-9-da Braziliyada keçiriləcək.

Seçilən
53
teleqraf.com

1Mənbələr