AZ

Yamaykada “Mellissa” qasırğası: Ölənlər və kütləvi təxliyələr

BAKI, 27 oktyabr. TELEQRAF

"Melissa" qasırğası saatda 140 mil (təxminən saatda 225 kilometr) sürətlə əsən küləklərlə 4-cü kateqoriyaya çatıb. Bu qasırğanın Yamaykada indiyə qədər qeydə alınan ən güclü qasırğa olacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Rəsmi məlumatlara görə, artıq azı dörd nəfər həlak olub. Səlahiyyətlilər Yamayka, Haiti və Dominikan Respublikasında dağıdıcı daşqınlar və torpaq sürüşmələri riski barədə xəbərdarlıq ediblər.

Proqnozlara əsasən, qasırğa bazar ertəsi və ya çərşənbə axşamı Yamaykanı, ardınca isə Kubanı vuracaq. “Mellissa”nın növbəti 48 saat ərzində 5-ci kateqoriyaya yəni maksimum gücə çatacağı ehtimal edilir.

Yamaykada fövqəladə xidmətlər səfərbər olunub, bütün hava limanlarının fəaliyyəti dayandırılıb. Hökumət əhaliyə evlərini tərk etməmək və təhlükəsizlik tədbirlərinə riayət etmək çağırışı edib.

Seçilən
100
teleqraf.com

1Mənbələr