Bizimyol saytına istinadən ain.az xəbər verir.
Britaniya kəşfiyyat orqanları əlaqə və koordinasiya ilə bağlı problemlər yaşayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" qəzetinin əldə etdiyi məlumatda bildirilir.
Qəzetin məlumatına görə, sənəd 2023-cü ildə Britaniya Baş nazirinin keçmiş müşaviri Nik Timoti tərəfindən hazırlanıb, lakin ondan çıxarışların dərc olunması iki il çəkib.
Hesabatda qeyd olunur ki, əks-kəşfiyyat agentliyi "MI6" olan "MI5" və siqnal kəşfiyyatından məsul olan Hökumət Rabitə Qərargahı (GCHQ) "zəif əməkdaşlıq" və "parçalanmış" hesabatlılıq sistemi nümayiş etdirir.
Bir mənbə qəzetə bildirib ki, müxtəlif kəşfiyyat orqanları arasındakı mübahisələr tez-tez dalana dirənməyə səbəb olur.
Onun sözlərinə görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin "MI6"nın mövqeyini, Daxili İşlər Nazirliyinin isə "MI5"in mövqeyini təmsil etdiyi bir vəziyyətdə "Baş nazir müəyyən dəyişikliklər etməsə, vəziyyət çıxılmaz həddə çatacaq - bu, tamamilə kabusdur".
Nümunə olaraq, "The Times" qəzeti Böyük Britaniyada İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (silahlı qüvvələrin elit bölməsi) terror təşkilatı kimi tanınması ilə bağlı müzakirələrə istinad edir. Məqalədə qeyd edildiyi kimi, belə bir addım əks-kəşfiyyat xidməti tərəfindən dəstəklənib, lakin mənfi diplomatik nəticələrdən qorxaraq xarici kəşfiyyat xidməti buna qarşı çıxıb. Nəticədə, sonuncunun fikiri hələlik üstünlük təşkil edir.
Hesabatda yuxarıda adı çəkilən kəşfiyyat qurumları arasında əlaqələndirici əlaqə kimi xidmət edəcək Təhlükəsizlik Naziri vəzifəsinin yaradılması tövsiyə olunur. Həmçinin, milli təhlükəsizlik funksiyalarının Şotlandiya-Yarddan Milli Cinayətkarlıq Agentliyinə (NCA) köçürülməsi tövsiyə olunur.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.