AZ

“Melissa” qasırğası 4-cü kateqoriyaya qədər güclənib

Bakı. Trend:

Atlantik okeanında formalaşan “Melissa” qasırğası“Saffir–Simpson” şkalası üzrə mümkün beş kateqoriyadan dördüncüsünəqədər güclənib.

Trend xəbər verirki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) bildirib ki, qasırğa Karibdənizinin şimalındakı bir sıra ölkələrə, xüsusilə Haiti vəYamaykaya güclü daşqınlar gətirə bilər.

Meteoroloqların proqnozuna əsasən, “Melissa” çərşənbə axşamıgecə saatlarında Yamaykanın cənub sahillərinə çatacaq.

NHC xəbərdarlıq edib ki, qasırğa Yamayka və Haitidə 760millimetrədək yağıntı gətirə və regionun infrastrukturuna ciddiziyan vura bilər.

Seçilən
33
az.trend.az

1Mənbələr