AZ

Xavyer Mileyin partiyası Argentina Konqresinə seçkilərdə qalib gəlib

“La Libertad Avanza” gözləniləndən daha yüksək nəticə göstərib...

Poliqon xəbər verir ki, Argentina prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi “La Libertad Avanza” partiyası Konqresə keçirilən aralıq seçkilərdə qələbə qazanıb. The Guardian nəşrinin məlumatına görə, səslərin 95 faizinin sayılmasından sonra partiya 40,84 faiz nəticə göstərib. Onun əsas rəqibi olan peronist “Fuerza Patria” partiyası isə 31,67 faiz səs toplayıb.

Seçkilərin yekunlarına əsasən, Mileyin partiyası parlamentdə tam çoxluğu əldə etməsə də, nəticə ilkin proqnozlardan daha uğurlu olub. Seçkilərdə Nümayəndələr Palatasının 257 yerindən 127-si və Senatın 72 yerindən 24-ü uğrunda mübarizə aparılıb.

“La Libertad Avanza” 64 yer Nümayəndələr Palatasında, 12 yer isə Senatda qazanıb. Bu nəticə partiyaya aşağı palatanın azı üçdə birini əldə saxlamağa və prezidentin veto hüququnu qorumağa imkan verir.

Ekspertlərin fikrincə, bu nəticə Mileyin iqtisadi islahatlar və dövlət sektorunda azad bazar prinsiplərinin gücləndirilməsi istiqamətindəki siyasətinə xalq dəstəyinin davam etdiyini göstərir.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr