AZ

Cənubi Koreya və ABŞ hələ də razılığa gələ bilməyiblər

Bakı. Trend:

Koreya Respublikası və ABŞ hələlik Amerika tarifləri və 350milyard dollar dəyərində Cənubi Koreya investisiyaları ilə bağlırazılaşmanın əsas şərtləri üzrə ortaq məxrəcə gələ bilməyiblər.

Trend xəbər verirki, bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon “Bloomberg”agentliyinə verdiyi müsahibədə bildirib.

Prezidentin sözlərinə görə, “İnvestisiya metodu, həcmi, mənfəətvə zərərin bölgüsü kimi məsələlər danışıqların əsas maneələridir.ABŞ təbii ki, öz maraqlarını maksimum dərəcədə qorumağa çalışır,lakin bu, Koreya Respublikası üçün fəlakətli nəticələrə gətiribçıxarmamalıdır”.

Li Çje Myon əlavə edib ki, danışıqlar davam edir və fikirayrılıqları qalmaqdadır:
“Gecikmə həmişə uğursuzluq demək deyil. Mən məqbul nəticəyə nailolacağımıza inanıram”.

Qeyd edək ki, iyul ayında tərəflər arasında ilkin razılıq əldəedilmişdi. Razılaşmaya əsasən, Vaşinqton Cənubi Koreyanın ABŞiqtisadiyyatına 350 milyard dollar investisiya yatırması və 100milyard dollar dəyərində enerji resursları alması müqabilindəgömrük rüsumlarını 15 faizədək azaltmağa razı olmuşdu.

Seçilən
35
1
az.trend.az

2Mənbələr