AZ

KİV: Almaniya Rusiya neft şirkətlərinə sanksiyalarla bağlı ABŞ-lə danışıqlara başladı

BAKI, 27 oktyabr. TELEQRAF

Almaniya hökuməti Rusiya neft emalı şirkətlərinə qarşı sanksiyalarla bağlı ABŞ ilə danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti hökumət mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, alman rəsmilər bildiriblər ki, ölkə ərazisində fəaliyyət göstərən neft emalı zavodlarının Rusiya ilə birbaşa əlaqəsi yoxdur.

Brandenburq Xristian Demokrat İttifaqının lideri Yan Redman qeyd edib ki, Berlin Britaniyanın sanksiyalar siyasətində olduğu kimi, bu dəfə də bəzi neft emalı zavodları üçün istisna əldə etməyə çalışır.

Onun sözlərinə görə, Almaniyanın şərqindəki bir sıra yanacaqdoldurma məntəqələri və hava limanları məhz Rusiya şirkətlərinin istehsal etdiyi yanacaqdan asılıdır.

Seçilən
58
teleqraf.com

1Mənbələr