BAKI, 27 oktyabr. TELEQRAF
Şanxayda dünyanın ilk sualtı data-mərkəzi istifadəyə verilib. Mərkəz dəniz külək elektrik stansiyalarının enerjisi ilə işləyir və ekoloji cəhətdən təmiz, enerji səmərəli rəqəmsal infrastruktur sahəsində yeni imkanlar açır.
Teleqraf xəbər verir ki, bu barədə "TV BRICS" məlumat yayıb.
Bildirilir ki, mərkəzin gücü 24 meqavatdır və layihəyə 1,6 milyard yuan (təxminən 225 milyon ABŞ dolları) sərmayə qoyulub. Layihənin əsas üstünlükləri arasında resurslara qənaət, enerji istehlakının 22,8% azaldılması və suyun soyutma məqsədilə istifadə olunmaması yer alır. Bundan əlavə, mərkəzin quru üzərində tutduğu sahə 90%-dən çox azaldılıb.
Qeyd olunur ki, Şanxay layihəsi, bərpa olunan enerji mənbələrindən dəniz külək stansiyalarından istifadə edən data-mərkəzlərinin inkişafında vacib addımdır və həm enerji səmərəliliyini, həm də ekoloji təmizliyi artırır.