Bakı. Trend:
Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə üzrə ciddinarahatlığa səbəb olub.
Trend xəbər verirki, “Spiegel” nəşrinin məlumatına görə, havaların soyuması iləyoluxma hallarının daha da artacağı gözlənilir. Hazırda ölkə üzrətəxminən 400 min quş məhv edilib.
Brandenburq əyalətindəki iki iri təsərrüfatda 130 min qaz,ördək, toyuq və hind toyuğunun məhv edilməsi qərara alınıb.Mütəxəssislər vəziyyətin ciddi olduğunu bildirərək, ilk dəfə vəhşiquşlarda da virusun aşkarlanmasına diqqət çəkiblər. Virusun əsasdaşıyıcısının durnalar olduğu qeyd olunur.
Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıqvə biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyiniaçıqlayıblar.
Mövcud qaydalara əsasən, xəstəlik səbəbindən məhv edilənheyvanların sahiblərinə Heyvan Xəstəlikləri Fondu tərəfindənkompensasiya ödənilir. Hazırda bir heyvana görə 50 avro müəyyənedilib, lakin Kənd Təsərrüfatı Nazirliyi bu məbləğin 110 avroyaqədər artırılmasını təklif edib. “Bild” qəzetinin məlumatına görə,Avropa İttifaqı bu təşəbbüsə ilkin razılıq verib.
Nazirlikdən bildirilib ki, zərurət yarandığı halda TexnikiYardım Xidməti (THW) də quş qripi ilə mübarizə tədbirlərinə cəlbedilə bilər.