AZ

Britaniya 200 milyon dollarlıq sualtı dronlar alacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya Müdafiə Nazirliyi minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün 150 milyon funt sterlinq (təxminən 200 milyon dollar) dəyərində sualtı pilotsuz aparatların alınmasına qərar verib.APA xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, yeni nəsil dəniz dronları Qara dənizdə mina təmizləmə əməliyyatlarında, həmçinin kabel və boru kəmərləri kimi həyati əhəmiyyətli sualtı infrastrukturun mühafizəsində istifadə oluna bilər.Müqaviləyə uyğun olaraq ilkin mərhələdə 24 ədəd sualtı dronun alınması planlaşdırılır. Aparatların texniki xüsusiyyətləri açıqlanmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
3
apa.az

4Mənbələr