AZ

“El-Klasiko”da 3 qol vuruldu, “Barselona” uduzdu - VİDEO

La Liqanın 10-cu turunda cari mövsümün ilk “El-Klasiko”su keçirilib.

Sportinfo.az xəbər verir ki, lider “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib.

Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları “Real”dan Kilian Mbappe (22-ci dəq.) və Cud Bellingem (43), “Barselona”dan Fermin Lopez (38) vurub.

52-ci dəqiqədə Mbappe penaltidən yararlana bilməyib. Onun zərbəsini qapıçı Voyçiex Şensnıy dəf edib.

90+8-ci dəqiqədə "Barselona"dan Pedri qırmızı vərəqə alıb.

Bu qələbədən sonra “Real” xalını 27-ə yüksəldərək birinciliyi daha da möhkəmləndirib. “Barselona” isə 22 xalla 2-ci pillədə qalıb.

“Real” - “Barselona” 2:1
Qollar:
K. Mbappe, 22, F. Lopez, 38, C. Bellinqem, 43

Seçilən
81
sportinfo.az

1Mənbələr