AZ

Məşhur qravür hərracda satılacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Katsusiki Hokusayın məşhur qravürü "Kanaqavada böyük dalğa" Honkonqda keçirilən hərracda satılacaq.

Oxu.Az bu barədə "Sotheby's" hərrac evinin saytına istinadən xəbər verir.

Hərrac noyabrın 22-də keçiriləcək. Qravürün qiyməti 250-300 min funt sterlinq (təxminən 565-678 min manat) arasında təxmin edilir.

Yaponiyanın "Okada" muzeyinin təsisçisi və milyarder Kadzuo Okada "Kanaqavada böyük dalğa" və digər əsərləri kazino maqnatı Stiv Vinn ilə məhkəmə mübahisəsindən sonra 50 milyon dollar borc səbəbi ilə satır. Tərəflər bir-birini korrupsiyada ittiham edirdilər.

Rəsmin 1823-1831-ci illər arasında ərsəyə gətirildiyi güman edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
oxu.az

1Mənbələr