AZ

Ömür tarixi, onlarla kitab

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

    Kərimov Rahib Ağa oğlu 1961-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəb illərində Ağsu rayonunun “Birlik” qəzetində xeyli sayda məqaləsi dərc olunub. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1983-1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. 

Ali təhsil illərində bədii-özfəaliyyət dərnəklərinin üzvü olmaqla yanaşı, öz şeirləri ilə tədbirlərdə dəfələrlə çıxış etmiş və Xarici Dillər İnstitutunun orqanı olan “Bilik” qəzetində məqalə və şeirləri dərc olunub. İngilis ədəbiyyatından etdiyi tərcümələri görkəmli Xalq şairi mərhum Məmməd Arazın baş redaktor olduğu “Azərbaycan Təbiəti” jurnalında çap olunub. 

     O, 1986-1992-ci illərdə “Azərbaycan” Nəşriyyatında işləyib. 1989-1993-cü illərdə ADU-nun jurnalistika fakültəsini bitirib. 1993-2000-ci illərdə “Ədalət” qəzetində çalışıb. 10 may 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin doğum günü şərəfinə “Ad günü” jurnalını və 2000-ci ildə “Carçı” qəzetini təsis edib. 2017-ci ildə “carci.TV” internet televiziyasını yaratmış və baş redaktorudur. 2000-2024-cü illərdə “Respublika” rəsmi dövlət qəzetində işləyib. 2024-cü ildən “Azərbaycan” rəsmi dövlət qəzetində çalışır. 

     Rahib Kərimli onlarla kitabın redaktorudur. Onun müəllifi olduğu “Çinar İnsan” (2002), "Xalq öz seçimini bilir" (2003), “Duyğular” (2005), “Kəndimiz” (2007), “Zəfər yolu” (2009), “Heydər Əliyev ideologiyasının zəfər yolu” (2011), “Rusiyalı Azərbaycanlılar” (2013), “Qönçə güllər” (2015), “Qüdrətli Lider” (2016), “Birinci xanım” (2018)“, Dəmir yumruq” (2021), “Zəfərdən dirçəlişə” (2023) və “Fenomen qadın lider” (2024) kitabları çap olunub. 

AYB-nin və AJB-nin üzvüdür. “Qızıl Qələm” laureatıdır. Ailəlidir, 4 övladı və 5 nəvəsi var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
1
sherg.az

2Mənbələr