İtaliya A Seriyasının VIII turunda “Latsio” öz meydanında “Yuventus”u qəbul edib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Oyunda yeganə qolu matçın 9-cu dəqiqəsində “Latsio”nun yarımmüdafiəçisi Toma Başiç vurub.
Bu qələbədən sonra “Latsio”nun xalı 11-ə yüksəlib və komanda turnir cədvəlində 10-cu pilləyə qalxıb.
Ardıcıl uğursuz nəticələr göstərən “Yuventus” isə artıq 8 oyun ardıcıl qələbə qazana bilmir.
La Liqa: “Sevilya” səfərdən xalsız qayıdıb
Premyer Liqa: IX tura start verilib
Zaniolonun qolu “Udineze”yə bir xal qazandırıb
Super Liqa: IX tura yekun vurulub
La Liqa: Mbappe “Real”a 3 xalı qazandırdı