AZ

Zelenski: “Flamingo” raketlərinin istehsalında gecikmələr var

BAKI, 27 oktyabr. TELEQRAF

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə kütləvi istehsalı planlaşdırılan “Flamingo raketi” sistemlərinin hazırlanmasında həm texnoloji, həm də maliyyə problemlərinin ortaya çıxdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı TSN kanalına telefonla verdiyi müsahibəsində bildirib.

"“Flamingo” raketlərinin istehsalında texnoloji çətinliklər var. Maliyyələşmədə gecikmə yaşanır”, - Zelenski açıqlayıb.

Buna baxmayaraq, Zelenski vurğulayıb ki, dövlət sifarişi çərçivəsində bu raketlərin istehsalı ilin sonuna qədər tamamlanacaq.

Seçilən
124
1
teleqraf.com

2Mənbələr