"Real Madrid" mövsüm sonunda yarımmüdafiə xəttini gücləndirməyə çalışacaq.

Offsideplus.az xəbər verir ki, onlar "Nottingem Forest"in 22 yaşlı yarımmüdafiəçisi Elliot Andersonu transfer hədəfinə daxil edib.

Klub rəhbərliyi hesab edir ki, komandanın orta xəttində yaradıcılığı artıracaq futbolçuya ehtiyac var və Anderson bu tələblərə uyğun gəlir.

"Nottingem Forest" rəhbərliyi oyunçunu buraxmaq üçün ən azı 70 milyon avro tələb edir. Bu isə transferi çətinləşdirən əsas amillərdən biridir.

Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olduğundan, ingilislər danışıqlarda üstün mövqedədir.

"Real Madrid" hazırda vəziyyəti dəyərləndirir. Klub eyni zamanda daha sərfəli alternativ kimi gənc yarımmüdafiəçi Nico Pazın komandada rolunun artırılmasını da nəzərdən keçirir.