BAKI, 26 oktyabr. TELEQRAF
İngiltərə Almaniya ilə birgə nüvə müharibəsinin qarşısının alınmasına yönəlmiş yeni müdafiə paktına ehtiyac olduğunu bəyan edib.
Teleqraf "The Telegraph"a istinadən xəbər verir ki, təşəbbüs 1999-2003-cü illərdə NATO-nun baş katibi vəzifəsində çalışmış Corc Robertson tərəfindən irəli sürülüb .
"Mən bunu alqışlayıram. Bu, düzgün və məqsədəuyğundur və çoxdan baş verməli idi. Əgər Rusiya nüvə ritorikasını genişləndirməyə davam edərsə, bütövlükdə Avropa daxilində bəzi qərarlara ehtiyac olacaq", - Robertson bildirib.
Böyük Britaniyanın keçmiş Müdafiə Qərargah rəisi (2013-2016) feldmarşal Con Houghton da ABŞ-ın hərbi yardımının mümkün kəsilməsi ilə bağlı narahatlıqlar fonunda Avropa ölkələrini öz nüvə silahı imkanlarını nəzərdən keçirməyə çağırıb .