AZ

Yıldızın müştərilərinin sayı artır

Kənan Yıldızın mövsümün sonunda klubunu dəyişmək ehtimalı durmadan artır.

"Football-plus.az" xəbər verir ki, “Yuventus”un gənc hücumçusu Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Bir sıra mənbələrə görə, 20 yaşlı oyunçunun xidmətində “Mançester Yunayted”, “Arsenal”, “Real”, “Mançester Siti” və “Çelsi” kimi aparıcı klublar maraqlıdı. Turin klubunun rəhbərliyi Yıldızı komandada saxlamaq niyyətindədi və futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Bundan başqa türkiyəli oyunçunun maaşının artırılması da nəzərdə tutulur.

Kənan cari mövsümdə “Yuventus”n formasında 10 matçda meydana çıxaraq 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
53
1
football-plus.az

2Mənbələr