Qara dənizdə, İstanbul yaxınlığında 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. 
 
 Məlumata görə, zəlzələnin episentri İstanbulun şimal-qərbində, sahildən təxminən 16 kilometr aralıda və 13 kilometr dərinlikdə yerləşib.
Kandilli seysmologiya mərkəzinin məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,9 bal olaraq ölçülüb.
 
                        