AZ

İlk dəfə əl ələ ictimaiyyət qarşısına çıxdılar Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, dünyaşöhrətli müğənni Keti Perri nişanlısı Orlando Bloomdan ayrıldıqdan sonra Kanadanın sabiq Baş naziri Castin Trüdo ilə bir neçə dəfə gizli görüntülənib.

“Qafqazinfo” “People”a istinadən xəbər verir ki, cütlük bu dəfə kamera qarşısına əl-ələ keçib.

Onlar Parisdəki məşhur “Crazy Horse” kabaretində əl-ələ tutaraq ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.

Qeyd edək ki, həmin gün həm də müğənni 41 yaşını qeyd edib.  (red.-25 oktyabr)

Bu, onların münasibətlərinin ilk dəfə rəsmi şəkildə ictimaiyyətə açıqlanmasıdır. Əvvəlki aylarda, xüsusilə iyul ayında Montrealdakı bir restoranda bir araya gələn Perri və Trüdo, daha sonra Santa Barbara sahilindəki bir yaxtada görüntülənmişdilər.

Xatırladaq ki, bir müddət öncə nəşr Keti Perri və aktyor Bloomun doqquz illik münasibətdən sonra ayrıldığını yazmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
1
qafqazinfo.az

2Mənbələr