İtaliya A Seriyasının VIII turunda “Sassuolo” və “Roma” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma “Mapei – Çitta-del-Trikolore” stadionunda (Recco-nel-Emiliya) baş tutub.
Matçın taleyini Paulo Dibalının 16-cı dəqiqədə vurduğu yeganə qol həll edib. Argentinalı hücumçu “Roma”ya vacib səfər qələbəsi qazandırıb – 1:0.
Bu nəticə ilə “Roma”nın xalı 18-ə yüksəlib və komanda turnir cədvəlində lider “Napoli”yə çatıb. “Sassuolo” isə 8 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.