AZ

Braziliyalı tennisçi Joao Fonseka Bazeldə çempion oldu

ATP-500 kateqoriyalı turnirə (Bazel, İsveçrə) yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turnirin finalında 19 yaşlı braziliyalı tennisçi Joao Fonseka ispaniyalı Alexandro Davidoviç-Fokina üzərində inamlı qələbə qazanaraq titulun sahibi olub – 6:3, 6:4.

Final qarşılaşması 1 saat 26 dəqiqə davam edib. 

Bu qələbə Fonsekanın karyerasında ikinci ATP titulu olub. Gənc braziliyalı daha əvvəl, 2025-ci ilin qışında Buenos-Ayresdə (ATP-250) keçirilən turnirdə çempion olmuşdu.

Bazel uğurundan sonra Joao Fonseka dünya reytinqində 28-ci yerə yüksələcək.

Seçilən
34
90deqiqe.az

1Mənbələr