Dünyanın ikinci raketkası, İtaliyanın tanınmış tennisçisi Yannik Sinner Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı turnirin qalibi olub.
90deqiqe.Az-ın məlumatına görə, dördqat “Böyük Dəbilqə” çempionu finalda dünya reytinqinin üçüncü pilləsində qərarlaşan alman tennisçi Aleksandr Zverevi üç setdə məğlub edib — 3:6, 6:3, 7:5.
Gərgin keçən görüş 2 saat 30 dəqiqə davam edib.
Bu qələbə Yannik Sinnerin karyerasında 22-ci ATP titulu, həmçinin 2025-ci ildə qazandığı dördüncü titul olub. İtaliyalı tennisçi bu uğura görə 500 reytinq xalı əldə edəcək.