AZ

“Qarabağ” “Şamaxı” ilə bacarmadı

Misli Premyer Liqasının IX turunda “Qarabağ” öz meydanında “Şamaxı”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,  “Azərsun Arena”da baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb — 0:0.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası xal sayını 17-yə yüksəldərək turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 10 xalı olan “Şamaxı” isə 9-cu yerdə yer alıb.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” “Karvan-Yevlax”ı 2:1, “İmişli” “Kəpəz”i 3:0, “Zirə” “Sumqayıt”ı 1:0, “Neftçi” isə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” görüşü 2:2 hesabı ilə başa çatıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr