AZ

Moskvada kütləvi miqrant davası: 80-dən çox saxlanılan var - VİDEO

Oktyabrın 25-də Moskvada, “Prokşino” adlı yaşayış massivində miqrantlar arasında böyük küçə davası baş verib. Hadisə nəticəsində 80-dən çox şəxs polis şöbələrinə dindirilmək üçün aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, 19 nəfər xuliqanlıq ittihamı ilə həbs edilib, hadisədə iştirak edən digər əcnəbilər isə ölkədən deportasiya olunacaq və onlara Rusiyaya giriş qadağası qoyulacaq.

Nazirlik həmçinin bildirib ki, Rusiya vətəndaşlığı olan miqrantlar da bu hadisədə iştirakları sübuta yetirildiyi halda vətəndaşlıqdan məhrum edilə bilərlər.


Bizim.Media

Seçilən
56
bizim.media

1Mənbələr