AZ

İngiltərə Premyer Liqası: Arsenal dan qələbə, Mançester Siti dən məğlubiyyət

ain.az, Oxu.az saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasının 9-cu turunda bir sıra maraqlı qarşılaşmalar başa çatıb.

Oxu.Az xəbər verir ki, mövsümün hazırki lideri "Arsenal" "Kristal Pelas"ı qəbul edib.

Ezanın matçın 39-cu dəqiqəsində vurduğu yeganə qol "topçular"a qələbə qazandırıb - 1:0.

"Mançester Siti" isə səfərdə "Aston Villa"nın qonağı olub. "Şəhərlilər" rəqibə minimal hesabla məğlub olublar - 1:0.

Bu nəticələrdən sonra "Arsenal" zirvədəki yerini qoruyur. London klubunun aktivində 22 xal var. Qvardiolanın yetirmələri isə 16 xalla 4-cü yerdə qərar tutublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
oxu.az

2Mənbələr