AZ

ChatGPT-də məxfilik təhlükəsi: Nəlumatlar polisə də ötürülə bilər...

Der Spiegel yazır ki, süni intellektlə bölüşülən şəxsi məlumatlar tam təhlükəsiz deyil...

Poliqon xəbər verir ki, dünyanın ən populyar süni intellekt platformalarından biri olan ChatGPT-nin istifadəçiləri çox vaxt ən şəxsi mövzularını bölüşürlər, lakin bu məlumatların bəziləri OpenAI əməkdaşları tərəfindən yoxlanıla, bəzi hallarda isə hüquq-mühafizə orqanlarına təqdim oluna bilər. Almaniyanın Der Spiegel nəşrinin məlumatına görə, bu məsələ ABŞ-da rezonans doğuran bir hadisə ilə yenidən gündəmə gəlib.

Der Spiegel yurnalının məlumatıma əsasən, 19 yaşlı tələbə ChatGPT-yə 17 avtomobili zədələdiyini etiraf edib və “nə qədər ciddi vəziyyətdə olduğunu” soruşub. Daha sonra bu yazışma məhkəmə materiallarında peyda olub və internetdə açıq şəkildə yayımlanıb. Hadisə ictimaiyyətdə ChatGPT-nin məxfilik prinsiplərinə dair suallar yaradıb.

Tədqiqatlar göstərir ki, istifadəçilərin çoxu süni intellektlə iş mövzularından çox şəxsi məsələləri – xəstəliklər, depressiya və ya intim fantaziyalar barədə danışır. OpenAI-nin baş direktoru Sem Altman etiraf edib ki, “insanlar ChatGPT-yə ən şəxsi şeylərini danışırlar”, lakin o da vurğulayıb ki, bu xidmət həkim və ya vəkil kimi məxfilik öhdəliyi daşımır.

Bu o deməkdir ki, istifadəçi məlumatları məhkəmə və ya istintaq tələbi ilə paylaşına bilər. Ekspertlər qeyd edirlər ki, ChatGPT-dəki yazışma tarixçəsi bəzən insanın internetdəki axtarış tarixindən də çox şəxsi məlumatları üzə çıxara bilər.

Der Spiegel xəbərdarlıq edir ki, ChatGPT hesablarının oğurlanması və ya sındırılması halında şəxsi məlumatların sızması və şantaj riski realdır. Sem Altman özü də ChatGPT hesablarını “mövcud olan ən məxfi onlayn hesab növlərindən biri” adlandırıb.

Poliqon.info

Seçilən
36
1
poliqon.info

2Mənbələr