AZ

Xızı Su Meliorasiya İdarəsinin 75 min manatlıq tenderi ləğv edilib

“Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi” cari təmir işləri üçün nəzərdə tutulan mal-materialların satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 74.996,59 manat təşkil edirdi.

Tenderin ləğv edilməsinə səbəb kimi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib. Qanuna əsasən, satınalmada iştirak üçün təklif və təklifin təminatını təqdim edən, habelə tələb olunduğu halda müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğu üçün tender etibarsız sayılıb.

Seçilən
54
nocomment.az

1Mənbələr