AZ

Şuşa Dövlət Qoruğu İdarəsindən yaradıcılıq mərkəzinin təmiri üçün 98 min manatlıq anlaşma

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs tabeliyində olan Yaradıcılıq Mərkəzinin cari təmir işləri üçün satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “ALİMAR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 98.572,85 manat təşkil edir.

Layihə çərçivəsində Yaradıcılıq Mərkəzində zəruri təmir-bərpa işləri aparılacaq.

Qeyd edək ki, “ALİMAR” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır.

Seçilən
87
nocomment.az

1Mənbələr