AZ

Zəngəzur Dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq - Abdulkadir Uraloğlu

Bakı. Trend:

Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu– TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastrukturnaziri Abdulkadir Uraloğlu deyib.

Nazirin sözlərinə görə, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolununpotensialından tam istifadə olunması istiqamətində aparılan işlərləyanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan MuxtarRespublikası arasında yeni marşrutun açılması üçün də zəruriaddımlar atılır.

Uraloğlu xatırladıb ki, Qarsdan Naxçıvanın sərhədinədək uzanan224 kilometrlik dəmir yolunun tikintisinə artıq başlanılıb. Ovurğulayıb ki, BTQ-dən fərqli olaraq, Qars–Dilucu dəmir yolu ikixəttdən ibarət olacaq və bu, yükdaşımaların həcmini əhəmiyyətlidərəcədə artıracaq.

Nazir əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturununbərpası və modernləşdirilməsi istiqamətində işlər davam edir, bulayihələrin böyük hissəsi isə artıq tamamlanıb.

Seçilən
61
2
az.trend.az

3Mənbələr