AZ

“Rusiya aktivlərini müsadirə etmək cəhdlərini cavabsız qoymayacaq” – Peskov

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiyanın aktivlərinin müsadirə edilməsi cəhdlərinə cavab verəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Kommersant”qəzeti yazıb.

Peskov vurğulayıb ki, Rusiya bu cür qeyri-qanuni qərarların təşəbbüskarı və icraçılarını təqib etmək üçün həm milli, həm də beynəlxalq bütün mövcud hüquqi mexanizmlərdən istifadə edəcək.

“Onlar başa düşürlər ki, biz bu cür hərəkətlərdən əl çəkməyəcəyik. Və biz bütün mövcud milli və beynəlxalq hüquqi sənədlərdən istifadə edərək, onları təqib edəcəyik. Biz bu cür qanunsuz qərarların qəbulunda iştirak edənləri təqib edəcəyik”, – Peskov bildirib.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Belçikaya təxminən 190 milyard avroluq dondurulmuş Rusiya aktivlərindən istifadəyə icazə almaq üçün təzyiqi artırıb. Bu vəsaitlərin Ukraynaya “reparasiya krediti”nin verilməsinə yönəldilməsi planlaşdırılır.

Yeganə

 

Seçilən
42
busaat.az

1Mənbələr