İngiltərənin iki klubu — “Vest Hem” və “Aston Villa” qış transfer pəncərəsi üçün eyni hədəfə yönəlib.
Fanat.Az xəbər verir ki, hər iki Premyer Liqa təmsilçisi hazırda “Mançester Siti”nin formasını geyinən xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiçi heyətinə qatmaq istəyir.
Bu barədə "365 Scores" nəşri məlumat yayıb.
Məlumata görə, 31 yaşlı futbolçunun “şəhərlilər”də əsas heyətdə az şans qazanması rəqib klubları hərəkətə gətirib.
Qeyd edək ki, bu mövsüm "Mançester Siti"nin heyətində 2 matçda iştirak edən Mateo fərqlənməyi bacarmayıb.
Kamil Xudiyev