“Liverpul” klubunun skautları “Bornmut”un hücumçusu Antuan Semenyo və “Nyukasl”ın vingeri Entoni Qordonun çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, Mersisayd təmsilşisi 33 yaşlı Məhəmməd Salahın gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən hər iki futbolçunun transferini nəzərdən keçirir. İngiltərə nəhəngi artıq hər iki futbolçunun agenti ilə danışıqlara başlayıb.
“Qırmızılar” Semenyo və Qordonun rəqib cərimə meydançasına tez daxil olma bacarığını, həmçinin hücumun bir neçə mövqeyində oynaya bilmələrini xüsusi dəyərləndirir.
Cari mövsümdə Semenyo bütün turnirlərdə 9 oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Qordon isə 10 qarşılaşmada 4 qola imza atıb və 1 asistlə yadda qalıb.
 
                        