Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları"Hizbullah" hərəkatının silahlı qanadının üzvlərinə məxsus ən azıüç nəqliyyat vasitəsinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Naharnet" xəbər portalıbildirib.
Məlumata əsasən, ölkənin cənubundakı sərhəd bölgəsində yerləşənƏl-Kleyla və Ən-Naqura kəndlərinə edilən PUA hücumlarında ikidöyüşçü öldürülüb. Livanın şərqindəki Nabi Şitada başqa bir səhrakomandiri tapılaraq öldürülüb.