AZ

Susqun cəmiyyət, artan zorakılıq: İran qadınları ailə içində öldürülür

Bu ilin əvvəlindən bəri İranda ən azı 63 qadın öz qohumları tərəfindən öldürülüb. Hadisələr əsasən “namus” və ailədaxili zorakılıq zəminində baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə HRANA nəşri yazıb.

Ekspertlər bu faciələrin səbəbini patriarxal düşüncə, hüquqi müdafiənin zəifliyi, iqtisadi asılılıq və rəsmi qurumların laqeydliyi ilə əlaqələndirirlər.

Qadın hüquqları fəalları hökuməti bu halların qarşısını almaq üçün qadınlara real hüquqi müdafiə və ictimai maarifləndirmə tədbirləri görməyə çağırırlar.

Bizim.Media

Seçilən
92
2
bizim.media

3Mənbələr