“Mançester Siti”nin qapıçısı Canluici Donnarummadan hücumçular – “şəhərlilər”in forvardı Erlinq Holand və “Real Madrid”in ulduzu Kilian Mbappe arasında seçim etməsi istənilib.
90deqiqe.Az-ın məlumatına görə, "Daily Mail"i təcrübəli qolkiperin dediklərini belə çatdırıb.
“Erlinq solaxaydır, bu da onu Kilianla fərqləndirir. Hər ikisinə qarşı oynamaq çox çətindir, ona görə seçim etmək asan deyil. Amma mən istərdim ki, Erlinq mənim komandamda olsun”
Qeyd edək ki, italiyalı qolkiper 2021–2024-cü illər ərzində Mbappe ilə birlikdə PSJ-də çıxış edib.
Cari mövsümdə Holand bütün turnirlərdə 15 oyuna çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Mbappe isə 15 qarşılaşmada 16 qola və 2 asisstə imza atıb.