AZ

Türkiyənin nəqliyyat naziri: TRIPP Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 26 oktyabr, AZƏRTAC

Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankaradakı Kanal7 studiyasında bildirib.

Türkiyəli nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialının açılması səyləri ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası (NMR) arasında marşrutun işə salınması üçün də addımlar atılır.

Qarsdan NMR ilə sərhədə qədər 224 kilometrlik dəmir yolunun tikintisinin başlandığını xatırladan Uraloğlu vurğulayıb ki, BTQ-dən fərqli olaraq, Qars-Dilucu dəmir yolu xətti (NMR ilə sərhəd - müəllifin qeydi) iki yoldan ibarət olacaq ki, bu da yük daşımalarının artmasına imkan verəcək.

Nazir həmçinin qeyd etdi ki, Azərbaycanda respublikanın nəqliyyat infrastrukturunun bərpası və ya modernləşdirilməsi üzrə işlər davam edir və bu işlərin böyük hissəsi artıq başa çatıb. “Biz həmçinin Zəngəzur Dəhlizinin Ermənistan hissəsində tezliklə işlərin başlamasını gözləyirik”, - deyə nəqliyyat naziri vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
5
azertag.az

6Mənbələr