AZ

“Xatirələr” – musiqi dolu bir axşam Opera studiyasında! - FOTO

27 oktyabr tarixində Opera studiyasının səhnəsində unudulmaz bir musiqi axşamı baş tutacaq. Sevilən ifaçılar İlkin Dövlətov və Leyla Rəhimova, tanınmış musiqiçilər Əli Firuz və Abbas Əliyev ilə birgə tamaşaçılar üçün "Xatirələr" adlı konsert proqramını təqdim edəcəklər.

Bu axşamda dinləyiciləri canlı səs, duyğusal ifalar və hamının ürəyində iz qoymuş sevimli mahnılar gözləyir. Səhnədə səslənəcək hər bir musiqi parçası keçmişin gözəl anlarını, sevgi və nostalji dolu hissləri yenidən canlandıracaq.

Musiqi sevərləri üçün bu konsert - xatirələrin səsinə səyahət olacaq.
Gəlin, 27 oktyabrda Opera studiyasının sehrli atmosferində canlı musiqininsəmimi duyğuların birləşdiyi bu axşamın şahidi olun!

Biletlər https://iticket.az/events/concerts/ilkin-dovlatov-and-leyla-rahimova-xatireler

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
50
milli.az

1Mənbələr