AZ

Putinin elan etdiyi raket: Bir neçə gün havada qalır...

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“9M730 Burevestnik” yalnız nüvə başlığı deyil, həm də nüvə enerjisi ilə işləyə bilən alçaqdan uçan qanadlı raketdir. NATO təyinatlarında raket “SSC-X-9 Skyfall” adlanır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

"Burevestnik" raketinin nüvə mühərrik sistemi, ənənəvi turboreaktiv və ya turboventilyasiya mühərriklərindən daha uzağa və daha uzun müddətə uçmağa imkan verir. Bu, raketin hədəfə dəyməzdən əvvəl uzun müddət havada qalmasına imkan verir. ABŞ-da yerləşən “Nuclear Threat İnitiative” qeyri-kommersiya təhlükəsizlik təşkilatı “Burevestnik”in potensial olaraq bir neçə gün havada qala biləcəyini bildirib”, - agentlik bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin nüvə enerjili, qeyri-məhdud mənzilli “Burevestnik” qanadlı raketinin sınaqlarının başa çatdığını elan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
1
axar.az

2Mənbələr