“Mançester Yunayted” klubunun həmtəsisçisi Cim Retklif “Barselona”nın hücumçusu Robert Levandovskinin transferini bloklayıb.
90deqiqe.Az “Mirror” nəşrinə istinadən xəbər verir ki, polşalı forvardla “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim maraqlanır. Portuqaliyalı mütəxəssis 37 yaşlı forvardın transferinin komandaya müsbət təsir göstərəcəyinə və gənc oyunçuların inkişafına kömək edəcəyinə inanır. Lakin Retklif artıq karyerasının sonuna yaxınlaşan futbolçularla müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Bu mövsüm hücumçu bütün turnirlərdə 9 oyuna çıxıb və 4 qola imza atıb.