Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq.
A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.
İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.
Qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.
Azərbaycan millisinin üzvü əməliyyat olunub
"Neftçi" Qəbələ səfərində - YENİLƏNİR
Rəşad Sadıqov: "Bu gün vacib 3 xal qazandıq"
"Sabah"dan etiraz - VİDEO
"Neftçi" Qəbələdə məşqə çıxıb