AZ

Rusiya Ukrayna danışıqlarındakı fasiləyə görə Aİ-ni günahlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna danışıqlarındakı fasiləyə görə Avropa İttifaqının (Aİ) hərbi isterikasını günahlandırıb.

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalında bildirib.

“Biz görürük ki, Avropa İttifaqı sözün əsl mənasında hərbi isteriya vəziyyətindədir”, – Peskov qeyd edib.

Daha əvvəl jurnalist Pavel Zarubinə müsahibə verən prezidentin mətbuat katibi Lukoyl və Rusiyanın digər iri neft şirkətlərinə qarşı sanksiyaları şərh edib. Peskov yeni sanksiyaları Rusiyaya qarşı qeyri-dost addım adlandırıb.

Seçilən
27
nocomment.az

1Mənbələr