Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Vaşinqtonla dialoqu öz maraqları əsasında qurur.
Busaat.az bu barədə “TASS”a isitnadən xəbər verir.
O, qeyd edib ki, Donald Trampın ABŞ prezidentliyinə yüksəlməsi ilə beynəlxalq gündəmə bir çox yeni məsələlər çıxıb, lakin Rusiya üçün yalnız birbaşa zəruri və faydalı olan məsələlər önəmlidir.
“Qrenlandiyanı, onun taleyini, Kanadanı da unutma. Bütün bunlar hələ də havadadır, lakin Trampın prezidentliyinin ilk aylarında çox müzakirə olunub. Təbii ki, gündəmdə çoxlu məsələlər var, lakin onlar bizim əsas prioritetlərimiz ola bilməz. Bizim üçün ən vacibi nəyə ehtiyacımız olduğu və bizə nəyin fayda verməsidir”, – Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin, şübhəsiz ki, amerikalı həmkarı Donald Trampın Ukrayna münaqişəsini həll etmək üçün səmimi istəyini yüksək qiymətləndirir, lakin buna bir gecədə nail olmaq olmaz.
Yeganə