AZ

Rüfət bu tur Xorvatiyada nə ilə yadda qaldı?

Futbol üzrə Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin komandası "Varajdin" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv "Slaven Belupo"nu qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rüfət matçın 16-cı dəqiqəsində meydana buraxılıb. Oyuna sonradan qoşulan 24 yaşlı yarımmüdafiəçi 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 11 tura 15 xal toplayan "Varajdin" hazırda turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub.

Nihat

Seçilən
35
fanat.az

1Mənbələr