“Neftçi”nin yeni transferi Vensan Abubakar bu gün Misli Premyer Liqasına debüt edə bilər.
QOL.az xəbər verir ki, 33 yaşlı hücumçunun adı "Qəbələ”yə qarşı 9-cu turun səfər matçının sifariş ərizəsinə salınıb. O, ehtiyat heyətdə yer alıb.
“Qəbələ” - “Neftçi” oyunu bu gün saat 16:00-da başlanacaq.
Xatırladaq ki, oktyabrın 21-də “Neftçi” Kamerun millisinin üzvü ilə 1+1 illik müqavilə imzaladığını açıqlayıb.