AZ

Aİ Rusiyanın ticarət tərəfdaşları arasında ilk üçlükdə

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiyanın üçüncü əhəmiyyətli ticarət tərəfdaşı olaraq qalır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Bild" Alman İqtisadiyyat İnstitutuna istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə Rusiyanın Aİ-yə ixracı 18 faiz artıb.

"Tərəflər arasında ümumi əmtəə dövriyyəsi 67,5 milyard avro təşkil edir", - məqalədə qeyd edilir.

Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən yazıb ki, Vaşinqton Aİ-nin Rusiya ilə ticarətə münasibətindən narazıdır. Nəşr qeyd edib ki, ABŞ avropalı müttəfiqlərinin əlavə sanksiyalar və ya rüsumlar şəklində ola biləcək növbəti böyük addımı atmasını istəyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
olke.az

5Mənbələr