AZ

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Rusiya və ABŞ iki ölkə prezidentləri arasında danışıqlara zəmin hazırlamaq üçün “ev tapşırığı” etməlidirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki,  Moskva və Vaşinqton dövlət başçıları arasında təkbətək görüşün dəqiq tarixi barədə razılığa gəlməyiblər:

“Buna görə də Macarıstandakı danışıqların “ləğv edilməsi” ilə bağlı xəbərlər yanlışdır. Rusiya və ABŞ tərəfləri başa düşürlər ki, Putinlə Trampın görüşünü təxirə salmamaq daha yaxşı olardı”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Macarıstanda görüşməyə razılaşsalar da, daha sonra bunun baş tutmayacağı bəlli olmuşdu.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr