Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun xəbərinə görə, "Chevrolet Cruze" markalı minik maşını yolu keçmək istəyən yeniyetmə oğlanları vurub.
Hadisə nəticəsində onlardan biri aldığı xəsarətlərdən xəstəxanada ölüb, digəri isə ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasına çatdırılıb.
Qəza yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.