AZ

Sablyaçılarımız beynəlxalq turnirdə birinci olub - FOTO

Gürcüstanın Tbilisi şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında "European CC Tbilisi-2025" beynəlxalq turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Züleyxa Sultanlı, Ayan Ağasıyeva və Cahan Sadxovadan ibarət sablyaçılarımız komanda yarışında birinci yerə layiq görülüb.

Komandamız finalda Gürcüstan yığmasına 45:37 hesabı ilə qalib gəlib.

Qız sablyaçıların şəxsi yarışında Züleyxa Sultanlı ikinci, Ayan Ağasıyeva isə üçüncü olub.

Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Abbas Hüseynov gümüş medal qazanıb.

İdman.Biz

Seçilən
100
3
idman.biz

4Mənbələr